SON DƏQİQƏ

Siqaret həm də korluq yaradır...

Tarix:

12-03-2017, 08:16

/ 4 734 dəfə oxundu.
Siqaret həm də korluq yaradır...

Britaniya alimləri aşkar ediblər ki, siqaret çəkmək korluğun yaranmasına səbəb ola bilər.

 Statistikaya görə, siqaretçəkənlər bu zərərli vərdişdən asılı olmayan adamlarla müqayisədə görmə qabiliyyətini dörd dəfə çox itirirlər.

Tütün tüstüsündəki çoxsaylı kimyəvi komponentlər göz üçün təhlükə yaradır. Onlar gözdə bioloji dəyişikliyə mənfi təsir göstərir. Tədqiqata görə, siqaretçəkənlərdə katarakta tutulma üç dəfə, treoid oftalmopatiya riski səkkiz dəfə yüksəkdir. Həmçinin onlarda quru göz sindromunun yaranma ehtimalı çoxalır. Nikotin insanın rəng duyumuna da mənfi təsir göstərir. Gündə bir qutudan çox siqaretçəkən adamın yaşıl və qırmızı çalarları ayırd etməsində problem ola bilər. Tütün məmulatından tam imtina etdikdən sonra insanın görmə kanalının tam bərpası üçün ən azı on il vaxt lazım olur. (Azərtac)

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ