SON DƏQİQƏ

“Facebook” yeni xidmət istifadəyə verdi

Tarix:

11-03-2017, 11:17

/ 4 880 dəfə oxundu.
“Facebook” yeni xidmət istifadəyə verdi

"Facebook” şirkətinin virtual reallıq (VR) texnologiyasına olan marağı hamıya bəllidir və hətta VR şlemlərin istehsalı ilə məşğul olan "Oculus” şirkətini satın alıb.  
Bu yaxın günlərdə "Facebook” tərəfindən istifadəyə verilmiş xidmətdə sözügedən sosial şəbəkədəki dostlarınızın 360 dərəcə formatında şəkil və videoları, həmçinin müxtəlif media şirkətlərin və istifadəçilərin məzmunu bir arada toplanılıb. Siz baxdığınız çarx və şəkillərə reaksiya verə, həmçinin "Facebook” üzərindən başqa insanlarla öz məzmununuzu paylaşa bilərsiniz. 
"Facebook”un sözügedən xidməti ilk deyil: "Samsung Gear VR” üçün 360 dərəcə formatında videolar üçün proqrama "Facebook” üzərindən avtorizasiya imkanı və əks əlaqə funksiyası əlavə edilmişdi. Yeri gəlmişkən, "Gear VR” qarnituru "Oculus” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Bu səbəbdən yeni xidmətin bu platformada istifadəyə verilməsində təəccüblü heç nə yoxdur. 
"Facebook” yaxın gələcəkdə bu xidmətə daha çox funksiya və imkanlar əlavə edəcəyinə dair söz verib.(ICTnews)
скачать dle 12.1

Şərhlər