SON DƏQİQƏ
» » Balaca oğlan bir hərəkətlə bütün arenanı ayağa qaldırdı - VİDEO

Balaca oğlan bir hərəkətlə bütün arenanı ayağa qaldırdı - VİDEO

Tarix:

4-03-2017, 05:30

/ 4 101 dəfə oxundu.
Balaca oğlan bir hərəkətlə bütün arenanı ayağa qaldırdı - VİDEO

ABŞ-ın Tələbə İdmanı Milli Asossiasiyası ("National Collegiate Athletic Association" – NCAA) liqasında "Fresno" və "Boyse" komandaları arasında keçirilmiş basketbol oyununda baş vermiş maraqlı epizodun azyaşlı qəhrəmanı artıq bir neçə gündür idman azarkeşlərinin sevimlisinə çevrilib.

 Xarici mətbuata istinadən xəbər verilir ki, oyunun gedişi zamanı top lövhənin konstruksiyasına ilişib.

Oyunçular bir neçə dəfə cəhd göstərərək topu oradan çıxarmağa çalışıblar. Onlar hətta parket yumaq üçün istifadə edilən lif süpürgədən də istifadə ediblər. Lakin basketbolçulardan heç biri topu oradan çıxarmağa nail ola bilməyib.

Onları bu vəziyyətdən 8-9 yaşlı uşaq çıxarıb. Belə ki, o, hündürlükdən qorxmayaraq, yuxarı dırmaşıb və cəld tapşırığın öhdəsindən gəlib.

Azyaşlı idman azarkeşinin bu addımı ona populyarlıq gətirib. İdman azarkeşinin məlum hərəkəti böyük alqışlarla qarşılanıb.

Qeyd edək ki, Fresno" və "Boyse" komandaları arasında basketbol oyunu bir neçə gün əvvəl keçirilib.(Report)

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ