SON DƏQİQƏ
» » Günün qoroskopu: Heç nəyi mürəkkəbləşdirməyin

Günün qoroskopu: Heç nəyi mürəkkəbləşdirməyin

Tarix:

4-03-2017, 01:06

/ 5 928 dəfə oxundu.
Günün qoroskopu: Heç nəyi mürəkkəbləşdirməyin

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - fəaliyyətinizi daha sərbəst, azad edin, yaradıcılıq ştrixləri qatın, iş və ya layihənin parçalanmış hissələrini toplayın. İndi işlə bahəm, şəxsi münasibətlərdə təkmilləşmə zamanıdır.
Buğa
- hissləriniz real hərəkətlər tələb edir. Sevdiyiniz insanın qayğısına qalın, hədiyyə verin, diqqətli olun. Bəziinsanlar sizə problemlər yaratmaq istəyirlər. Sadəlövh olmayın, hamıya inanmayın.
Əkizlər
- mövqelərinizin möhkəmlənməsi və sizə stabillik hissi verəcək işlərlə məşğul olun. Merkuri və Umbrielin münasibətləri sizdən danışıqlar aparmağı, informasiya aramağı, işini bilən insanlarla məsləhətləşməyi tələb edir.
Xərçəng
- intellektual və fiziki yük həddən ziyadə olmamalıdır. İdeyalar, hesablamalar, təkliflər və vədlər bir qədər sonra tam fərqli təsir bağışlayacaq. Yaxşı bələd olmadığınız insanlarla sirrinizi bölüşməyin.
Şir
- səbrli olun, nəyisə imzalamağa və ya başqası ilə planlarınızı bölüşməyə tələsməyin. Səhhətinizdə problemlər yarana bilər. Özünüzə fikir verin, laqeyd davranmayın.
Qız
- yemək və qida seçimində ehtiyatlı olun, daha çox istirahət edin. Sevdiyiniz işlə məşğul olmağınız məsləhətdir. Şəxsi münasibətlərdə süni təkandan yararlanmayın.
Tərəzi
- bu gün ciddi məsələlərin həllinə çalışmayın, ikinci dərəcəli işlərlə məşğul olun. Oberon və Titan sizdən orqanizminizin bir qədər dincəlməsini tələb edir. Bədbinliyə qapılmayın.
Əqrəb
- işlərin qaydaya salınması həll etməyə çalışdığınız məsələ ilə yanaşı, daxili düzən və harmoniya hisslərinin əldə edilməsi üçün də mühüm amildir. Məsləhətlər arasında daha məntiqlisini seçin.
Oxatan
- tam informasiyanın olmaması və ya kənardan müdaxilə nəticəsində obyektiv qərarların qəbul olunmasında çətinliklər yaşana bilər. Fəaliyyətinizə yad və kənar təsirlərin artmasına imkan verməyin.
Oğlaq
- təkbaşına, fərdi fəaliyyətə üstünlük verin, başqalarının məşvərət və məsləhətlərinə kor-koranə əməl etməyin.
Axşam saatlarında ailə üzvləri ilə birlikdə yaxın vaxtlara olan planlarınızı müzakirə edin.
Dolça
- yığılan yorğunluq, baş verənlərə ifrat reaksiya, gərginlik günü çətinləşdirir. Heç nəyi mürəkkəbləşdirməyin. Ay və Lisiteyanın münasibətləri sizdən ehtiyatlı, aramla davranış tələb edir.
Balıqlar
- hissiyatınızı gücləndirin, ağıllı davranın. Ən mühüm saydığınız ideyanın reallaşdırılmasını təxirə salın. Bədxərclik etməyin. Daşınmaz əmlakla əməliyyatlar üçün əlverişli gün deyil.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ