SON DƏQİQƏ

Günün qoroskopu: Təmkinli və soyuqqanlı olun

Tarix:

28-02-2017, 01:09

/ 8 312 dəfə oxundu.
Günün qoroskopu: Təmkinli və soyuqqanlı olun

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - qətiyyətli addım atmaq və ya qərar qəbul etmək üçün labüd şərait formalaşır. Günün ikinci yarısındakı situasiya sizi təmin edirsə, münasibətlərin gərinləşməsinə imkan verməyin. Mübahisəli vəziyyətdən çıxış yolu arayın.
Buğa
- hərəkətli, qarğaşalı və çətin gündür. Əhəmiyyətli dəyişikliklər olmayacaq. Şəxsən sizə heç bir xeyri, mənfəəti olmayan mübahisələrə qatılmayın, dedi-qoduların iştirakçısı olmayın.
Əkizlər
- sual və ya informasiya istəyi mühüm məsələ ilə bağlı mövqeyinizi dəyişə bilər. Bu gün baş verənlər perspektiv baxımından önəmlidir.
Xərçəng
- yaxın ətrafınızdakı insanlarla diqqətli olun, onlardan yardım və dəstəyinizi əsirgəməyin. Səhhətinizlə məşğul olmaq üçün əlverişli vaxtdır. Rasionu qaydaya salın.
Şir
- iş yoldaşlarınız, tərəfdaş və ya şərikiniz sizə yeni məlumat verəcək. Düşünmək, təhlil etmək üçün mövzu var.
Qız
- hadisələrə süni təkan verməyə çalışmayın. Hansısa olaya aktiv müdaxilə əleyhinizə çevriləcək ünsürə dönə bilər.
Tərəzi
- ilk baxışdan çətin görünən hadisənin detallarını və təfərrüatlarını bilməyə çalışın. Səfər və ya gəzinti üçün əlverişli gündür.
Əqrəb
- şəxsi münasibətlər müstəvisində son günlərdə baş verənləri nəzərə alan yeni davranış sxeminə ehtiyac var. İntuisiya və hisslərinizə güvənə bilərsiniz.
Oxatan
- hər şey plana uyğundur və nizamı pozmamaq üçün yaşam axarına aktiv müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq.
Oğlaq
- kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq üçün təkan verəcəklər. Tələsməyin, yeni plan hazırlayın. Yenilikləri yalnız təbii məcrada inkişaf edən hadisələrin təsiri altında reallaşdırın.
Dolça
- eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir. Bəlli işi başa vuranda və ya məsələni çözəndə razılıq hissi yaranacaq.
Balıqlar
- axınla hərəkət edin, qəfil təşəbbüsə inanmayın. Axşam saatlarında imkanınız olarsa, alış-veriş edin. Təmkinli və soyuqqanlı olun.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ