SON DƏQİQƏ
» » Günün qoroskopu: Səhər saatlarında aktiv çalışın

Günün qoroskopu: Səhər saatlarında aktiv çalışın

Tarix:

23-02-2017, 00:28

/ 4 907 dəfə oxundu.
Günün qoroskopu: Səhər saatlarında aktiv çalışın

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - səhhətinizə diqqət yetirin. Xroniki ağrılar kəskinləşə bilər. Travma riski var. Uşaqları qoruyun.
Buğa
- narahatlıq və təlaş səviyyəsi yüksəkdir. Özünüzü tənha hiss edəcəksiniz, ünsiyyət müsbət hisslər yaratmayacaq.
Əkizlər
- yaxın ətrafınızdakı insanlara inanmır, ciddi məsələlərdə əminlik duymursunuz. Münasibətlərlə bağlı ciddi məsələlərə toxunmaq olar.
Xərçəng
- yaşam arealınızı daha rahat edin, iş yerini qaydaya salın. Bu gün bir sıra məqamlara aydınlıq gətirin. Səs-küylü məclis və kütləvi əyləncələrdən uzaq durun.
Şir
- Təmkinli, qərarlı və qətiyyətli olun. Əks halda daxili harmoniya və sakitlik hissi yaranmayacaq. Axşam saatlarında açıq havada olun, gəzintiyə çıxın.
Qız
- niyyətlərinizdə ciddi və səmimi olun. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, kateqorik fikirlər söyləməyin. Heç bir olayı və ya prosesi süni şəkildə sürətləndirməyə çalışmayın. Şərtlər və situasiya özləri izhar olunmalıdır.
Tərəzi
- imkan varsa mühüm tədbiri, səfəri, yoxlama və şəxsi görüşləri təxirə salın. Səhhətiniz və sevdiyiniz insanların rifahını ön plana çıxarın.
Əqrəb
- günün ilk saatlırınısakit şəraitdə keçirin. Sonradan passiv olmayın, süst davranmayın. Bütün işləri günün ilk yarısında başa vurun. Günün ikinci yarısında mütaliə, internetdə vaxt keçirmək, dostlardan biri ilə ünsiyyət məsləhətdir.
Oxatan
- aktiv, enerji, yaxın ətrafınızdakı insanlarla fəal ünsiyyət vaxtıdır. Rəqabətə dayanıqlılıq səviyyənizi, güc və imkanlarınızı sınağa çəkmək istəyən adam var. İtki, zərər, peşmançılıq istisna deyil.
Oğlaq
- Problemlər olacaq. Lakin sevinəcək, itkilərin yaratdığı hissdən çıxacaqsınız. Günün ikinci yarısı daha əlverişli və uğurlu olacaq.
Dolça
- etibar etdiyiniz insanların sizə dediklərinə qulaq asın. Planların dəyişməsi, faydalı yeniliklər və xeyirli islahatların gerçəkləşməsi mümkündür.
Balıqlar
- Səhər saatlarında aktiv çalışın. Axşam saatları istirahət və dəyərli insanlarla görüş zamanıdır. Çətin problemin həlli də məhz bu vaxta təsadüf edir.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ