SON DƏQİQƏ

Ölümdən sonra həyat var: ELM SÜBUT ETDİ

Tarix:

22-02-2017, 09:59

/ 5 134 dəfə oxundu.
Ölümdən sonra həyat var: ELM SÜBUT ETDİ

Britaniyalı alimlər ölümdən sonra həyatın mövcudluğunu sübut ediblər.

Bu iddianı isbat edən tədqiqat iki ildən çox davam edib. Eksperimentdə 2 min nəfər iştirak edib. Onların hamısı daha öncə kliniki ölüm keçiriblər. Alimlər ürək dayanandan sonra beynin hələ 30 saniyə işlədiyini müəyyən ediblər. Bu saniyələr ərzində insanın beynində xatirələr canlanır.

Bəzi eksperiment iştirakçıları bildiriblər ki, kliniki ölümdən sonra ətraflarında nə baş verdiyini müşahidə ediblər.

57 yaşlı pasiyent həkimlərin onun həyatı uğrunda necə mübarizə apardıqlarını gördüyünü bildirib. Digər iştirakçılar da oxşar şeylər danışıblar. Bütün bunlar onu göstərir ki, insan öləndən sonra özünü kənardan müşahidə edə bilir. Britaniyalı alimlər əmindirlər ki, ölüm şüurun sonuncu mərhələsi deyil. 

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ