SON DƏQİQƏ
» » Günün qoroskopu: Alış-verişdə məntiqli davranın

Günün qoroskopu: Alış-verişdə məntiqli davranın

Tarix:

17-02-2017, 00:26

/ 4 834 dəfə oxundu.
Günün qoroskopu: Alış-verişdə məntiqli davranın

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - münaqişələrdən yan qaçmayın. Problemlər yaranarsa, səbəbkarlar yaxın ətrafınızdakı insanlardır.
Buğa
- qarışıq, laübəli gündür. Nə isə itir, kimsə gecikir, əvvəl əldə edilmiş razılaşmalar pozulur. Yaşananlara sakit yanaşın, nikbin olun. Axşam saatlarında dincəlin.
Əkizlər
- tərəfdaş və müttəfiq arayın. Onları hətta bu günədək sizə bədxahlıq edən insanların arasında tapa bilərsiniz.
Xərçəng
- dəvət aldığınız tədbirə qatılın. Vaxtınızı xoş keçirməklə yanaşı, yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Yaradıcılıqda uğur, irəliləyiş mümkündür.
Şir
- təmir, evdə və ya ofisdə yenilənmə üçün uğurlu gündür. Həyat potensialı yüksəklir, yorğunluq riski yoxdur.
Qız
- önəmli və ciddi qərarlar qəbul etməli olacaqsınız. Narahat olmayın, çəkinməyin. Yaxın ətrafınızdakı insanlar üçün yardımçı, hətta lider olun.
Tərəzi
- çaşıb qalan, problemlərin təsirindən özünü itirən insana yardım edin. Çətin vəziyyətə düşənə kömək əlinizi uzadın.
Əqrəb
- enerjiniz çoxdur, məsuliyyətli davranın. Həyatınızda kiçik detallarla yanaşı, ciddi məqamı dəyişə bilərsiniz. İntuisiyanıza güvənin. Hissləriniz siz məhz can atdığınız yerə apara bilər.
Oxatan
- tələskən və hövsələsiz davranmayın. Uğurlu gündür, amma hövsələsizlik səhvlərə və yanlışlıqlara səbəb ola bilər.
Oğlaq
- bütün problemləri müstəqil, təkbaşına həll etməyə ehtiyac yoxdur. Yaxın ətrafınızda sizə yardım etməyə hazır insanlar var. Nüfuzlu insandan dəstək ala bilərsiniz.
Dolça
- yeni tanışlıq, romantik macəra istisna deyil. Ciddi münasibətlərin bünövrəsi qoyula bilər. Hədiyyə, sürpriz də mümkündür. Alış-verişdə məntiqli davranın.
Balıqlar
- yeni təəssüratlar, təcrübə və bilik axtarışına çıxın. Macərapərəst olmayın. Başladığınız hər işi uğurla başa vura bilərsiniz.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ