SON DƏQİQƏ
» » Günün qoroskopu: İri işə və ya layihəyə başlamayın

Günün qoroskopu: İri işə və ya layihəyə başlamayın

Tarix:

14-02-2017, 00:20

/ 4 900 dəfə oxundu.
Günün qoroskopu: İri işə və ya layihəyə başlamayın

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - təmkinli, amma əzmkar və qətiyyətli olun. Yalnız belə davranışla uğura nail ola bilərsiniz. Çətinliklərin qarşısından geri çəkilməyin.
Buğa
- problemlər nə qədər çox olsa da, ruhdan düşməyin. Müşkülləri çözməyin yolu var. Yaxın ətrafınızdakı insanlar sizə yardım edəcək.
Əkizlər
- şxsi münasibətlər müstəvisində təşəbbüslə çıxış etmək olar. Əks cinsin mənsubları ilə ünsiyyətdə diqqətli olun.
Xərçəng
- olardan faydalı məsləhət və ya maraqlı informasiya ala bilərsiniz. Yorğunluğa şərait yaratmayın. İfrat yorğunluq bu gün xroniki ağrılarınızı kəskinləşdirə bilər.
Şir - yalnız öz maraqlarınızı və mənafelərinizi düşünərək fikrinizi mütləq saysanız, ciddi problemlər yarana bilər.
Qız - yaxın ətrafdakı insanların fikir və niyyətlərini mütləq şəkildə nəzərə alın. Həssas, sayıq və diqqətli olun. Əks təqdirdə münasibətlər pozula bilər.
Tərəzi - təhsil, tədris üçün əlverişli gün deyil. Yeni informasiya pis əxz olunur, alınan məlumatları təhlil etmək çətindir.
Əqrəb - insanların gur olduqları məkanlara yollanmayın. Dəvət olunduğunuz yerə getsəniz, xarici görünüşünüzə mütləq fikir verin. Sizi paltara görə qarşılayacaqlar.
Oxatan - yaşananları diqqətlə müşahidə edərək gərəkli nəticələr çıxarsanız, səhv və yanlış addımlardan qurtula bilərsiniz. İlk baxışdan tamamilə əhəmiyyətsiz təsir bağışlanan nəsnə və olaylara da fikir verin.
Oğlaq - istənilən xırdalıq, detal mühüm rol oynaya bilər. Nüfuzlu insanla ünsiyyət, işlə bağlı planın müzakirəsi üçün yaxşı vaxt deyil. Bu plan, niyyət və ya layihənin sizsiz reallaşma şansı yüksəkdir.
Dolça - iri işə və ya layihəyə başlamayın. Cari işlərlə kifayətlənin. Yaxın ətrafdakı insanların davranışlarının dəyərləndirilməsində səhvə yol verə bilərsiniz.
Balıqlar - yeni tanışlıq uğurlu olmayacaq. Sizə əziz insanların sözlərinə diqqətlə qulaq asın. Məsləhətlər sizə istənilən çətinliyi dəf etməyə imkan verəcək.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ