SON DƏQİQƏ

Günün qoroskopu:Yaxşı gündür

Tarix:

12-02-2017, 00:05

/ 4 694 dəfə oxundu.
Günün qoroskopu:Yaxşı gündür

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - ciddi problemlərin həll yollarını arayın. Təhlil sizə aradığınız variantları verə bilər. Bədxahlarla rəqiblərin tələ və sədlərini dəf etməklə yanaşı, onlara qalib gəlməyə çalışın.
Buğa
- təhsil, tədris, ixisasın artırılması, mühazirə, konfrans və seminar üçün əlverişli gündür. Sövdələşmə, anlaşma, razılaşma, hüquqi məsələlərin həlli üçün yaxşı gün deyil.
Əkizlər
- imkan və resurslarınızı olduğundan artıq saymayın. Bəyəndiyiniz, yaxud da sizdə rəğbət hissi oyadan insanları ideallaşdırmayın.
Xərçəng
- yeni münasibət və ya tanışlığı təxirə salın. İllüziyalardan nə qədər tez qurtulsanız, bir o qədər yaxşıdır.
Şir
- gün ərzində böyük uğurlar və yaxşılığa doğru ciddi dəyişikliklər olmayacaq. Bununla belə, ağır problemlər də yaranmayacaq. Yeni tanışlıqlar məsləhətli deyil.
Qız
- maliyyə məsələlərində ehtiyatlı olun. Yalnız inandığınız, etibarlı insanlarla sövdələşin, danışın, müqavilə bağlayın.
Tərəzi
- işlə bağlı tapşırıq və məşğələlərin öhdəsindən asanlıqla gəlin. Fəqət, tələsməyin: nə qədər çox iş görsəniz, bir o qədər yeni işlə bağlı tapşırıqlar alacaqsınız.
Əqrəb
- yaxınlarınızla münasibətlərdə həssas və diqqətli olun, onların maraq və niyyətlərini öyrənməyə çalışın. Çoxdan bəri davam edən fikir ayrılıqları və qarşıdurmaları çözün. Münasibətləri sərinləşdirən məqamlar arxada qalsın.
Oxatan
- işlər üçün çox sərfəli gündür. Məhsuldar çalışın, vaxtınızı dürüst bölün, situasiyanın tələb etdiyi məqamları prioritetə döndərin.
Oğlaq
- uğuru çox gözləməyəcəksiniz. Sonradan sizə nəinki müttəfiq, hətta dost olacaq insanlarla əməkdaşlıq başlaya bilər.
Dolça
- həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişlidir. Şəxsi münasibətlər zəminində problemlər yarana bilər. Sizə yaxın insanlarla dil tapmaqda çətinlik çəkəcəksiniz.
Balıqlar
- yaxşı gündür. Neqativ təmayüllərin təsiri minimuma enəcək. Yalnız səhər saatlarında müəyyən çətinliklər hiss edə bilərsiniz.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ