SON DƏQİQƏ
» » Günün qoroskopu: xırda işlərə görə inciməyin

Günün qoroskopu: xırda işlərə görə inciməyin

Tarix:

10-02-2017, 00:29

/ 6 811 dəfə oxundu.
Günün qoroskopu: xırda işlərə görə inciməyin

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan olmayacaq. Hətta əvvəllər əla münasibətlərinizin olduğu insanlarla ünsiyyətdə sərinlik yarana bilər.
Buğa - sakit istirahət, dəyər verdiyiniz insanlarla ünsiyyət üçündür. İnsanların gur olacağı tədbirlərə qatılmayın - yorularsınız. Yeni tanışlıqlar yaratmağa tələsməyin. Layiq olmayan insana dəyər verə bilərsiniz.
Əkizlər - kiçik anlaşılmazlıqlar təlaş və narahatlıq üçün yetərli səbəb olmamalıdır. Xırda işlərə görə inciməyin, hirslənməyin.
Xərçəng - tərəfdaş və ya iş yoldaşları ilə dərhal, tezlikldə anlaşma əldə etmək çətindir. İndi əsas məsələ yaxın insanları incitməmək, küsdürməməkdir.
Şir - işləri qaydaya salmaq çətin olsa da, mümkündür. Ciddi çalışın, önəmli məsələləri diqqətdən qaçırmayın. Günün ilk yarısı işgüzar məsələlərin həlli, sövdələşmə və anlaşmalar üçün əlverişli deyil.
Qız - ifrat dərəcə yorğunluğa imkan verməyin. Belə yorğunluq səhhətinizə pis təsir edərək orqanizminizdə ağrılar yarada bilər.
Tərəzi - gün o qədər də uğurlu sayıla bilməz. Emosional fon stabil deyil, ən xırda və kiçik məsələlərə görə qıcıqlanır, sinirlənirsiniz. Dostlardan və ya qohumlardan biri ilə kiçik münaqişə istisna deyil
Əqrəb - səfər, səyahət, ezamiyyət, yarımçıq qalmış işlərin başa vurulması üçün əlverişidir. Mühüm görüş, toplantı da işlərin gedişatına xeyirlidir.
Oxatan - rəvan olmayan gündür. Səhər saatları uğurla başlanacaq. Hər şey istənilən kimi olacaq, başladığınız işlərdə istədiyinizə nail olacaqsınız.
Oğlaq - şəxsi münasibətlər müstəvisində sevdiyiniz insanla dil tapın. Yaşamınızda mühüm rol oynaya biləcək yeni romantik münasibət formalaşa bilər.
Dolça - bədxah və rəqiblər xəbərsiz, süst olarkən siz irəliləyin. Danışıqlarda diplomatcasına, soyuqqanlı davranın. Belə davranışda fayda var.
Balıqlar - uğurlu gündür. Məqsədinizə çatmaq üçün intensiv çalışın. İşgüzar intuisiyanız kəskin olsun. Məhz hissiyatınıza güvənərək doğru qərarları sürətlə qəbul edin.

 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ