SON DƏQİQƏ
» » Günün qoroskopu: Şəxsi münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın

Günün qoroskopu: Şəxsi münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın

Tarix:

5-02-2017, 00:42

/ 4 924 dəfə oxundu.
Günün qoroskopu: Şəxsi münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - əsas fəaliyyət istiqamətindən bir qədər ayrılmaq, fikri digər məcraya yönəltmək gərəkdir. Axşam saatlarında səhhətinizə, özünüzə vaxt ayırın.
Buğa
- Titan və Mikemakenin münasibətləri toplantılar, mühüm məsələlərin müzakirəsi, qərarların qəbulu üçün uğurlu gün vəd etmir. Müstəqil iş və situativ maraq yarada biləcək mövzu ilə ciddi məşğul olmaqda fayda var.
Əkizlər
- şəxsi münasibətlərdə gərginlik yarada biləcək addımlar atmayın. Sevdiyiniz insanla münasibətləri tam aydınlaşdırmağa, bütün suallara cavab tapmağa tələsməyin. Səbrli, təmkinli olun, baş verənləri müşahildə edin. Öz səhvlərinizlə yaxın sandığınız insanların yanlışlıqlarını bağışlayın.
Xərçəng
- ətrafla yanaşı, səhhətinizə də diqqət yetirin. Qüvvələrin bərpa yolunu arayın, gücünüzü boş işlərə sərf etməyin.
Şir
- Erida və Haronun münasibətləri cari işlərin görülərək başa çatdırılması üçün əlverişli gün vəd edir. Sənədlər və hesabatların hazırlanması, müxtəlif dövlət qurumlarına baş çəkmək gözlənilən nəticələri verə bilər.
Qız
- bu günə mühüm görüş və ya danışıqları təyin etməyin. Ünsiyyətin axarı rəvan olsa da, konkret qərarların qəbulu şübhəli məsələdir.
Tərəzi
- başqasının təcrübəsinin öyrənilməsi, həmin təcrübədən yararlanmaq üçün əlverişli vaxtdır. Yaxınlarınız, sevdiyiniz insan sizin qayğı və diqqətinizi gözləyir. İşə həddən ziyadə diqqət ayıraraq həmin adamları unutmayın. Xəyallar aləmində pərvaz etməyin.
Əqrəb
- günü istədiyiniz kimi keçirə bilərsinz. Amma əlverişli anı əldən verməyə dəyməz. Səhhətinizə fikir verin, sağlamlığınızla bağlı profilaktik tədbirlər görün.
Oxatan
- Kallisto və Mimasın münasibətləri təkbaşına görüləcək işlərdə effektivlik vəd edir. Vurnuxma, tələskənlik və izafi emosiyalardan kənar durun.
Oğlaq
- şəxsi münsibətlər ön plana çıxır. Münasibətlərdə qarışıqlıq və intriqa çoxdur. Sizə deyilənlərin hamısına qulaq asın, müşahidə edin, amma nəticə çıxarmağa tələsməyin. Emosiyaların təsiri altında olarkən heç nə vəd etməyin.
Dolça
- bəzi məqamlara fərqli baxış bucağından baxsanız, müəyyən məqamların indiyədək sandığınızdan da ciddi və mühüm olduğunu görəcəksiniz. Zərurət olmadan risk etməyin. Şəraitdəki gərginlikdən belə, xeyrinizə istifdə edin.
Balıqlar
- Amalteya və Saturnun münasibətləri bu gün sizdən dürüst davranmağı tələb edir. Kimsəni aldatmayın, istifadə etməyə çalışmayın. Əks halda sizdən yararlanmağa, sizə təzyiq etməyə çalışacaqlar. Rəqib münasibətləri qarşılıqlı faydalı əlaqələr müstəvisinə yönləndirin.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ