SON DƏQİQƏ

Bu bərbər alovla saç kəsir-VİDEO

Tarix:

31-01-2017, 20:34

/ 7 218 dəfə oxundu.
Bu bərbər alovla saç kəsir-VİDEO

O, müştərinin başını qırxarkən qayçı əvəzinə şamdan istifadə edir.
Həmin bərbərin qeyri-adi bacarığını sizlərə təqdim edirik.
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində bərbər fəaliyyəti göstərən Pünhan Bədəlov saç kəsərkən qayçı əvəzinə şamdan istifadə edir. O, 1 ilə yaxındır ki, bu üsuldan istifadə etdiyini deyir.
Pünhan Bədəlovun sözlərinə görə, indiyə kimi 40-a yaxın müştərinin başını alov vasitəsilə kəsib. Bu üsulun qayçı ilə saç kəsməkdən daha effektiv olduğunu bildirir.
Bərbər deyir ki, şamla saç kəsdiyi ilk vaxtlarda bir neçə dəfə hətta əlini də yandırıb. Amma alovun saça zərər yetirməsinə imkan verməyib.
Pünhan Bədəlov alovla daha bir yenilik etmək niyyətindədir. O, saçdakı buruqları açmaq üçün də alovdan istifadə edəcəyini bildirir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ