SON DƏQİQƏ
» » Günün qoroskopu: Kollektiv iş üçün yaxşı gündür

Günün qoroskopu: Kollektiv iş üçün yaxşı gündür

Tarix:

28-01-2017, 01:10

/ 5 964 dəfə oxundu.
Günün qoroskopu: Kollektiv iş üçün yaxşı gündür

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - uğur zəhmətkeşlik, qətiyyət və inadınızdan asılıdır. Hadisələri tələsdirməyin. Lakin şərtlərin sizə verdiyi işarələrə diqqətli olun.
Buğa
- stressi fiziki işlə azaldın. Başınız işə qarışdığı halda etibar etdiyiniz adam sizə qarşı məkr qurur. Axşam saatlarında harasa tələsməyin, yaşananları sakit şəraitdə təhlil edin.
Əkizlər - bütün yarımçıq işlər, yerinə yetiriləsi öhdəliklər, vədlərin bu gün ön plana çıxacağına, onların başa çatdırılmasına ehtiyac duyulacağına hazır olun.
Xərçəng
- əvvəllər başlamağa çətinlik çəkdiyiniz işə start vermək üçün əlverişli gündür. Təmir və ya inşaat işlərində maneələr yarana bilər. Layihənizi və ya məramınızı möhkəmlətmək istəyirsinizsə, alınan xəbərə yenidən baxmaq gərəkdir.
Şir
- şəxsi münasibətlərdə aktivlik, müzakirə və təhlillərin fəallığı, bəzi məqamlara aydınlıq gətirilməsinə ehtiyac duyulur. İzafi təzyiq olmadan təşəbbüsü əldə saxlayın. Yaxın ətrafınızdakı insanların fikir və mövqeləri ilə hesablaşın.
Qız
- bu gün aktiv, enerjili olacaq, mühüm məsələlərdən birini həll etməyə çalışacaqsınız. Lakin aldığınız xəbər, qəfil görüş və ya danışıq planlarınızı, habelə önəmli məsələyə münasibətinizi dəyişə bilər. Bütün xəbərlərə və deyilənlərə qulaq asın.
Tərəzi
- sizinlə əməkdaşlıqda maraqlı olan şəxslərdən birindən təklif alına bilər. Təklif irreal və ya qeyri-praktik təsir bağışlasa da, düşünün.
Əqrəb
- işdə hərəkətlərinizə reaksiyaya fikir verin. Axşam saatlarında valideynlərlə ünsiyyət üçün vaxt tapın. Aktiv istirahət edin.
Oxatan
- bu gün rutin, məcburi işləri yerinə yetirmək bir qədər çətinləşəcək. Effektivlik səviyyəsi aşağı düşə bilər. Lakin çağırış, meydan oxuma cəhdləri ilə qarşılaşan kimi yaradıcı potensialınızı işə salın, rəqibi üstələyin, bədxahlar üçün sevinc imkanı verməyin.
Oğlaq
- kollektiv iş üçün yaxşı gündür. Şəxsi münasibətlərdə təşəbbüs barədə fikirləşməyin, planlara ciddi dəyişikliklər etməyin.
Dolça
- siz və sevdiyiniz insan eyni hadisəyə, eyni nəsnəyə fərqli önəm verə bilərsiniz. Nəticələrlə tələsməyin, düşünülməmiş qərar verməyin
Balıqlar
- gün ərzində təmkinli və soyuqqanlı olun, planlarınıza riayət edin. Çox səs-küy və tələskənlik olacaq. İnformasiya və iş mübadiləsi ilə bağlı məsələləri təxirə salın. Kollektivdə rəqabət güclənəcək.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ