SON DƏQİQƏ

"iPhone"dən BAŞ DAŞI DÜZƏLDİLDİ - FOTO

Tarix:17-01-2017, 19:41 Oxunub:6 558

Qazaxıstanda ailə dünyasını dəyişən oğlunun qəbir daşını "İphone” formasında hazırladıb.
Zanqaru Orınbetovun qəbrinin bu formada olması ailəsinin seçimidir.
Buna səbəb isə oğullarının texnologiya sahəsinə olan marağı, hətta "iPhone”a tətbiqi mümkün olan Qazax dilində "ağıllı” klaviatura hazırlamasıdır.
O hətta "Apple” şirkət nümayəndələrinin dəvəti ilə ABŞ-da öz layihəsini təqdim edib. ABŞ-da səfərindən bir ay əvvələ innovasiya layihələrinin müsabiqəsində iştirak edib və 1,5 milyon təngə ölçüsündə qrant qazanıb. Lakin Z.Orinbetov iOS-da klaviaturasını tətbiq etmək ideyası həyata keçirə bilmir. Çünki keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib.
İndi onun ideyasını bacısı və dostu davam etdirmək istəyir. Lakin layihənin tamamlanmasında maliyyə ilə bağlı problemlər var. Bunun üçün isə ailə Z.Orinbetovun qrant müsabiqəsində qazandığı məbləğin qalanını almaq istəyir. Ailə idia edir ki, müsabiqə təşkilatçıları yalnız mükafatın yarısını verib. Qalanı isə ödənilməyib. Həmin vəsait ödənilsə, ağıllı klaviatura ilə bağlı oğlundan yarımçıq qalan işlər tamamlana bilər.

"iPhone"dən BAŞ DAŞI DÜZƏLDİLDİ - FOTO

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<