SON DƏQİQƏ

İki qardaş güllələndi-DƏHŞƏTLİ CİNAYƏT

Tarix:

24-06-2020, 08:00

/ 3 895 dəfə oxundu.
İki qardaş güllələndi-DƏHŞƏTLİ CİNAYƏT

Bursanın mərkəzi Yıldırım rayonunda Hakkı.B adlı şəxs borcunu ödəyəcəyini deyərək çağırdığı Aslan və Mehmet qardaşlarına tələ quraraq tapançadan atəş açıb.

GunAz.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şübhəli hadisə yerindən qaçıb.

Baş və sinə nahiyələrindən xəsarət alan qardaşlar çətinliklə də olsa gəldikləri avtomobillə ərazidən uzaqlaşmaq istəyiblər. Vəziyyətləri pisləşən ikili 500 metr sonra qəzaya düşüblər.

Yaxınlıqda olan insanlar təcilli tibbi yardım çağırıblar.

Xəstəxanaya yerləşdirilən yaralıların həyatları üçün təhlükə olduğu bildirilir.

Cinayətkarın tapılması istiqamətində təxirəsalınmaz əməliyyat başladılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ