SON DƏQİQƏ

Azərbaycanda 1 ton narkotik yandırıldı - FOTO

Tarix:

1-06-2020, 11:10

/ 2 543 dəfə oxundu.
Azərbaycanda 1 ton narkotik yandırıldı - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Ərəbmehdibəy kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, ümumi çəkisi 1 ton olan 2600 ədəd yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Azərbaycanda 1 ton narkotik yandırıldı - FOTO
Azərbaycanda 1 ton narkotik yandırıldı - FOTO
Azərbaycanda 1 ton narkotik yandırıldı - FOTO
Azərbaycanda 1 ton narkotik yandırıldı - FOTO
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ