SON DƏQİQƏ
» » 4uşaq anası Günayın ölüm müəmması – İNTİHAR, YOXSA CİNAYƏT?

4uşaq anası Günayın ölüm müəmması – İNTİHAR, YOXSA CİNAYƏT?

Tarix:

31-03-2020, 13:51

/ 4 563 dəfə oxundu.
4uşaq anası Günayın ölüm müəmması – İNTİHAR, YOXSA CİNAYƏT?

Martın 10-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini 1991-ci il təvəllüdlü Günay Şəmilovanın yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar etməsi ilə bağlı daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülməsi və digər zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi barədə məlumat vermişdik.
Hadisə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən "Tezadlar.az"a daxil olan məlumatda bildirilirdi ki, meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkar edilmişdir.
Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun bədənində aşkar edilmiş xəsarətlər onun ölümündən bir neçə gün əvvəl əmələ gəlməyə xarakterikdir.
Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq döyülüb, amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Anaları intihar edən uşaqların psixoloji durumu diqqət mərkəzindədir"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də kütləvi informasiya vasitələrində intihar etdiyi bildirilən 4 uşaq anası 29 yaşlı Günay Şəmilovanın qayınatası və qayınanası tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi haqqında məlumatlara münasibət bildirib.
Komitədən APA-ya verilən məlumata görə, qeyd olunan hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi, Ağcabədi rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, məsələnin hazırkı durumu haqqında məlumat alıb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və aidiyyəti istintaq işləri aparılır.
Bildirilib ki, məsələnin humanitar (sosial-ictimai) aspektləri ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyətlə maraqlanıblar. Uşaqların hazırkı psixoloji durumu qiymətləndirilərək onların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ Komitənin və regiondakı Uşaq və Ailələrə Dəstək Mərkəzinin diqqətindədir.
Qeyd edək ki, 4 uşaq anası olan G.Şəmilovanın ən kiçik övladı 7 ay əvvəl dünyaya gəlib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq döyülüb, amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyənləşib. Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.
4 uşaq anası Günay Şəmilovanın ölümündə müəmma...
Məsələ orasındadır ki, 4 uşaq anasının intiharı ilə bağlı bir çox qaranlıq məqamlar var. Belə ki, mərhumun yaxınları hadisənin intihar deyil, cinayət olduğunu iddia edirlər.
"Tezadlar.az"a müraciət edən mərhumun xalası Gülayşə Paşayeva hadisənin intihar olmadığını deyir.
Onun sözlərinə görə, Günay Şəmilovanın ölümündə onun ərinin, qayınatasının və qayınanasının əli var: "Günay ər evində dəfələrlə döyülüb, ona işgəncə verilib. Bununla bağlı Günayın valideynləri aidiyyəti orqanlara şikayət etmişdi. Günay 4 körpəsini anasız qoyub özünü öldurəcək xarakterdə deyildi. Ancaq onun nə qədər əziyyət çəkdiyini, işgəncə gördüyünü bilirdik".
G.Paşayeva hüquq-mühafizə orqanlarından 4 körpənin anasının ölümündə əli olanların ədalətli şəkildə cəzalandırılmasını xahiş edir.
Qeyd etdiyimiz kimi, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ