SON DƏQİQƏ
» » Yeniyetmə xalasını və onun dördyaşlı uşağını bıçaqladı

Yeniyetmə xalasını və onun dördyaşlı uşağını bıçaqladı

Tarix:

3-03-2020, 08:25

/ 3 000 dəfə oxundu.
Yeniyetmə xalasını və onun dördyaşlı uşağını bıçaqladı

14 yaşlı yeniyetmə doğma xalasını və onun dördyaşlı oğlunu öldürməyə cəhd edib.

“Kanal 24” xəbər verir ki, yeniyetmə anasından ayrı xalası gildə qalırdı. Buna səbəb onun məktəbinin xalası gilə yaxın yerləşməsi olub.

Dərslərini oxumayan yeniyetmə mütəmadi olaraq xalası tərəfindən danlanırdı.

Sonda xalasının tənqidlərinə dözməyən oğlan ona bıçaqla hücum çəkib. Qadın evdən qaçıb bacısına zəng vurmaq istədikdə məktəbli telefonu əlindən alaraq xalasını döyməyə başlayıb.

Sonra isə yeniyetmə xalasın dördyaşlı oğluna hücum edib.

Məktəbli uşağa çoxlu sayda bıçaq zərbəsi endirib.

Bu zaman yeniyetmənin anası mənzilə daxil olub.

Bunu görən oğlan ona da hücum çəkib, lakin son anda anasını qırağa itələyərək evdən qaçıb.

Qeyd etmək lazımdır ki, hal-hazırda həmin yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə Ukraynanın Kiyev-Svyatoşin rayonunda baə verib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ