SON DƏQİQƏ
» » Bakıda polis qətlə yetirildi - DİN MƏLUMAT YAYDI

Bakıda polis qətlə yetirildi - DİN MƏLUMAT YAYDI

Tarix:

25-02-2020, 12:45

/ 2 588 dəfə oxundu.
Bakıda polis qətlə yetirildi - DİN MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi ötən gecə Bakı şəhər Nərimanov rayonunda polis əməkdaşının qardaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. 

GunAz.az xəbər verir ki, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, qətlə yetirilən Anar Ramazanov polis əməkdaşı olub. O, Nəsimi rayon polis İdarəsi, 19-cu Polis Şöbəsində çalışırmış.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ