SON DƏQİQƏ

Tərtərdə DƏHŞƏT: ana 9 yaşlı övladına işgəncə verib yandırdı

Tarix:12-02-2020, 11:23 Oxunub:1 333

Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb.

GunAz.az xəbər verir ki, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü ( yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<