SON DƏQİQƏ
» » Balakəndə ata Rusiyadan yeni qayıdan oğlunu güllələdi

Balakəndə ata Rusiyadan yeni qayıdan oğlunu güllələdi

Tarix:

18-12-2019, 23:23

/ 3 104 dəfə oxundu.
Balakəndə ata Rusiyadan yeni qayıdan oğlunu güllələdi

Balakəndə silahlı insident baş verib.

 

GunAz.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yeni Şərif kəndində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəşdən sonra ətrafa yayılan qırmalar Əhmədlə bərabər biri azyaşlı olmaqla daha üç nəfəri yaralayıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda Ə.Bağmanovun üzərində cərrahiyyə əməliyyatı aparılır. Azyaşlı və digər yaralılar müayinə edilir. Balakən rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmalar aparır.

Məlumatda bildirilir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Güllələnən Ə.Bağmanov iki gün əvvəl Rusiya Federasiyasından evə qayıdıb. /APA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ