SON DƏQİQƏ
» » Məhkəmədən qaçan azərbaycanlı Surqutda ələ keçib

Məhkəmədən qaçan azərbaycanlı Surqutda ələ keçib

Tarix:

3-09-2019, 12:56

/ 1 563 dəfə oxundu.
Məhkəmədən qaçan azərbaycanlı Surqutda ələ keçib

2018-ci ilin mayından Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Surqutda ələ keçib.

Məhkəmədən boyun qaçıraraq, Rusiya Federasiyasında gizlənən azərbaycanlı artıq ekstradisiya edilib.

Bu barədə yerli prokurorluqdan bildirilib.

X.T.Zamanov vəzifədən sui-istifadə edərək dələduzluq, vətəndaşa əhəmiyyətli dərəcədə zərər vurma, vəzifəli şəxsə rüşvət verməyə təhrik kimi cinayətlərdə ittiham olunub.

Yerli prokurorluq tərəfindən aparılan ekstradisiya (cinayətkarların təhvil verilməsi) yoxlamalarının nəticələrinə əsasən, 2019-cu ilin iyulunda Rusiya Federasiyasının Baş Prokurorluğu X.T.Zamanovun təhvil verilməsi haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusunu müsbət cavablandırıb və cinayətkar ölkəsinə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ