SON DƏQİQƏ
» » Yeniyetmə özəl klinikada burun əməliyyatı zamanı ölüb

Yeniyetmə özəl klinikada burun əməliyyatı zamanı ölüb

Tarix:

14-08-2019, 15:22

/ 1 565 dəfə oxundu.
Yeniyetmə özəl klinikada burun əməliyyatı zamanı ölüb

Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.

Bunu GunAz.az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.

Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən “Uniklinika”da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.

Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır. 

Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər. 

Xatırladaq ki, 2018-ci ilin martında “StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ