SON DƏQİQƏ

Dollar bu gün neçəyədir?

İqtisadiyyat / Manşet

“Prado” ilə xadiməni vuran yol polisi barəsində yeni qərar - Bəraət almışdı

Tarix:10-06-2019, 11:58

Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı Nicat İbrahimlinin barəsində olan hökmdən verilən kassasiya protesti üzrə məhkəmə prosesi başa çatıb. 

GunAz.az xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, hökm ləğv edilib, iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib. 

İttihama görə, 2017-ci il dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski 99 ünvanında polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi “Nissan Sentra” markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nəticədə piyada Ə.İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə N.İbrahimlinin hadisədə günahı sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılıb. Daha sonra dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. 

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Ə.İdrisova 5 nömrəli xəstəxanada xadimə işləyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<