SON DƏQİQƏ
» » Həbsxanada qiyam, İŞİD üzvləri nəzarətçiləri qətlə yetirib

Həbsxanada qiyam, İŞİD üzvləri nəzarətçiləri qətlə yetirib

Tarix:

20-05-2019, 08:43

/ 477 dəfə oxundu.
Həbsxanada qiyam, İŞİD üzvləri nəzarətçiləri qətlə yetirib

Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada ötən gün axşam saatlarında İŞİD-də üzvlülüyə görə cəzakən bir neçə məhbus qiyam başladıblar.

GunAz.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Tacikistanın Ədliyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Ötən gün təxminən saat 20:30-da başlayan iğtişaşlar zamanı İŞİD-də üzvlülüyə görə cəzakən təxminən 30 nəfər bıçaq və digər iti silahlarla 3 nəzarətçini girov götürüblər və daha sonra qətlə yetiriblər".

Bildirilir ki, qiyam başladanlar arasında da ölənlər var: "Danışıqlar zamanı cinayətkarlar aralasında da toqquşmalar baş verib. Həbsxana əməkdaşlarının qaydalara riayət etmək çağırışlarına məhəl verməyən cinayətkarlar onlara hücum edib və daha bir neçə nəzarətçini yaralayıblar. Həbsxananın administrasiyası tərəfindən vəziyyətin nəzarətə alınması üçün qəti tədbirlər görülüb və bu zaman təhlükəli cinayətkarlar arasında da ölənlər olub".

Nazirlik vurğulayır ki, hazırda həbsxanada vəziyyət stabildir və nəzarət altındadır, istintaq orqanları insidentlə bağlı araşdırmaları davam etdiri.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ