SON DƏQİQƏ
» » DİN-dən kriminal avtoritetin qətli ilə bağlı rəsmi - Açıqlama

DİN-dən kriminal avtoritetin qətli ilə bağlı rəsmi - Açıqlama

Tarix:

10-05-2019, 13:03

/ 450 dəfə oxundu.
DİN-dən kriminal avtoritetin qətli ilə bağlı rəsmi - Açıqlama

Daxili İşlər Nazirliyi paytaxtda baş verən qətllə bağlı açıqlama yayıb.
GunAz.az xəbər verir ki, qətl hadisəsi mayın 9-da, saat 23 radələrində Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində İ.Həşimov küçəsində baş verib.
Şərur rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 54-cü (intizam xarakterli hərbi hissədə saxlama), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 66-cı (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə görə məhkum olunmuş Həsən Tağıyev münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə görə məhkum olunmuş Emin Səfərova bıçaqla xəsarət yetirməsi və Emin Səfərovun hadisə yerində ölməsi barədə 7-ci polis bölməsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtrış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Həmzə Tağıyev tutulub.
Xatırladaq ki, qətlə yetirilən Emil Səfərov kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanınırmış.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ