SON DƏQİQƏ

Bakıda mənzildən qızıl dolu seyf oğurlandı

Tarix:

2-04-2019, 16:21

/ 10 381 dəfə oxundu.
Bakıda mənzildən qızıl dolu seyf oğurlandı

Bakıda içində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Bu barədə GunAz.az-a Xətai rayon Polis İdarəsindən məlumat daxil olub.

Zərərçəkən 32 yaşlı şəhər sakini Nicat Salmanovdur. Onun mənzilindən oğurlanan seyfdə ümumi qiyməti 10 min manatdan çox olan qızıl-zinət əşyaları olub. 

Araşdırma nəticəsində məlum olub ki, cinayətkar mənzilə aprelin 1-nə keçən gecə, qapının kilidini sındıraraq daxil olub.

Araşdırma Xətai rayonunun 36-cı polis bölməsinin əməkdaşları tərəfindən aparılır. Fakt üzrə hələlik şübhəli qismində heç kim saxlanılmayıb.

Qeyd edək ki, Xətai rayonunun ərazisində bir neçə gün ərzində səkkiz qarət qeydə alınıb. Onlar arasında qapı kilidinin açılması yolu ilə həyata keçirilmiş iki mənzil qarəti var.

Məlumata görə, naməlum şəxslər beləcə Rəsul Vəliyev və Natəvan Musayevanın mənzillərinə daxil olublar. Birinci halda oğrular 500 manat pul, ikinci halda isə 250 ABŞ dolları məbləğində pul və ümumilikdə 13 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Hüquq-mühafizə orqanı əməkdaşlarının dediyinə görə, qapı kilidinin açılması üçün uyğun açarın seçilməsi metodundan daha çox gürcü “qastrolçular” istifadə edir.

Təxminən bir ay əvvəl (6 mart – red.), Binəqədi rayon Polis İdarəsinin əməliyyatçıları mənzil qarətləri ilə məşğul olan gürcü oğrulardan ibarət dəstəni ifşa edib.

Əməliyyatın gedişində 40 yaşlı Gürcüstan vətəndaş Laşa Abramişvili, 45 yaşlı Şimaqi Qaprindaşvili, 50 yaşlı Ramazi Matçaraşvili və 31 yaşlı Ağdam rayon sakini Vüsal Məhərrəmov saxlanılıb.

Polis əməkdaşları oğruların verdikləri ifadədə cinayət törətdikləri və ya planlaşdırdıqları yerləri “işarələdiklərini” etiraf etdiklərini söyləyir. Onlar beləcə həmkarlarını “gələcək perspektivlər” haqda məlumatlandırır.

Oğrular arasında ən geniş yayılmış “oğru işarələrini” internetdə tapmaq olar.

Bakılı əməliyyatçılar mənzil qarəti ilə bağlı praktikalarında oğruların divarlarda qoyduğu işarələrlə bir neçə dəfə üzləşdiklərini gizlətmir. Məsələn, içi boş halqa mənzilin siqnalizasiya sistemi ilə təchiz olunduğunu və ya polis tərəfindən mühafizə olunduğunu bildirir.

Yeddi və səkkiz işarəsi mənzilin iyul və avqust aylarında boş olduğunu bildirir. Romb işarəsi evdə heç kimin yaşamadığını ifadə edir. Üç çubuq işarəsi evdə qiymətli heç bir şeyin olmadığını göstərir.

Polis əməkdaşlarının sözlərinə görə, Bakıda başqa işarələrə hələlik rast gəlinməyib.

Bununla əlaqədar hüquq-mühafizə orqanları əməkdaşları ev və ya mənzil sahiblərini yaşayış yerinin yaxın çevrəsinə müntəzəm olaraq diqqətli baxış keçirməyi, imkan olduqca siqnalizasiya sistemi quraşdırmağı tövsiyə edir. Belə olan hallarda daşınmaz əmlakın təhlükəsizliyi daha yüksək səviyyədə təmin olunacaq.

Qeyd edək ki, ötən sutkalar ərzində Bakıda ümumilikdə 38 qarət hadisəsi qeydə alınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ