SON DƏQİQƏ
» » Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş

Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş

Tarix:

19-03-2019, 14:22

/ 10 592 dəfə oxundu.
Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş

Lisenziyası ləğv edilmiş “Zaminbank”dan 480 min manat məbləğində pul oğurlamaqda təqsirləndirilən Elnur Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. 

GunAz.az-ın xəbərinə görə, “Zaminbank”da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib. 

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq digər hesablara köçürüb. 

İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ