SON DƏQİQƏ

Şamaxıda evdən meyit tapıldı

Tarix:

15-03-2019, 21:32

/ 10 422 dəfə oxundu.
Şamaxıda evdən meyit tapıldı

Şamaxı rayonu Məmmədhüseyn Şəhriyar küçəsi 27 ünvanında kişi meyiti aşkarlanıb. 

GunAz.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ölən şəxs 1961-ci il təvəllüdlü Şirvani Şirzad Mikayıl oğludur.

Onun ölüm səbəbi məlum deyil. 

Bildirilib ki, həmin şəxs kimsəsiz olub, uzaq qohumları onu qonşulara tapşırıbmış. 

Bir neçə gün onun evdən çıxmadığını görən qonşular müvafiq qurumlara məlumat verib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

скачать dle 12.1

Şərhlər