SON DƏQİQƏ

Polkovnikin məhkəməsi başladı

Tarix:

11-03-2019, 10:56

/ 10 475 dəfə oxundu.
Polkovnikin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Tofiq Rəcəbovun məhkəməsi başlayıb. 

GunAz.az-ın verdiyi xəbərə görə, hakimi Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Proses martın 14-də davam etdiriləcək. 

İttihama görə, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənova torpaq sahəsini sənədləşdirmə vədini verərək ondan 124 min manat alaraq qaytarmayıb və vədinə də əməl etməyib. Təqsirləndirilən T.Rəcəbov həbs edilməyib.

Qızıl biznesi ilə məşğul olan iş adamı T.Rəcəbov daha əvvəl MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Polkovnik T.Rəcəbov özü də 1998-ci ildən 2002-ci ilə qədər MTN-də vəzifə tutub. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ