SON DƏQİQƏ
» » Rusiyada polisə heroin satan azərbaycanlı saxlanıldı

Rusiyada polisə heroin satan azərbaycanlı saxlanıldı

Tarix:

5-03-2019, 11:23

/ 10 410 dəfə oxundu.
Rusiyada polisə heroin satan azərbaycanlı saxlanıldı

Rusiyanın Vladivostok şəhərində Azərbaycan vətəndaşı olan narkotacir saxlanılıb. GunAz.az xəbər verir ki, bu barədə Primorsk prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

 

İstintaq məlumatına görə, cinayət 2018-ci ilin payızında baş verib. Şübhəli Primorskda yaşayış qeydiyyatı olmadan məskunlaşıb. 

 

Qeyd olunur ki, o, potensial alıcı ilə öncədən planlaşdırılmış görüş zamanı ona 1200 rubl dəyərində narkotik vasitə-heroin satmaq istəyib. Alıcı isə əməliyyat-istintaq tədbiri çərçivəsində fəaliyyət göstərən polis əməkdaşı olub. 

Saxlanılan şəxs “Narkotik vasitələrin qanunsuz satışı” maddəsi ilə cinayət törətməkdə ittiham olunur.

Hazırda faktla bağlı cinayət işi açılıb. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ