SON DƏQİQƏ
» » Bakıda gözətçini qətlə yetirən şəxs tutuldu - RƏSMİ

Bakıda gözətçini qətlə yetirən şəxs tutuldu - RƏSMİ

Tarix:

4-03-2019, 22:00

/ 10 492 dəfə oxundu.
Bakıda gözətçini qətlə yetirən şəxs tutuldu - RƏSMİ

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi 

Paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

 Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən GunAz.az-a verilən birgə məlumatda bildirilib ki, martın 3-də saat 03.50 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 35 saylı binanın qarşısında  paytaxt sakini, 1964-cü il təvəllüdlü Nəsirov Fərzalı İdris oğlunun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat  əsasında Bakı şəhər prokurorluğu, rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qazıyev Adil Sabir oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, F Nəsirov adı keçən ünvanda gözətçi olub. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ