SON DƏQİQƏ
» » Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb

Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb

Tarix:

2-03-2019, 13:10

/ 10 498 dəfə oxundu.
Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb

Suraxanı dəmiryol stansiyasının ərazisində silahlı şəxs saxlanılıb. 

 

GunAz.az DİN-ə istinadən xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 221.3-cü (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmiryol stansiyasının ərazisində saxlanılıb. 


Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd "Revolver Naqan” markalı odlu silah və həmin tapançaya məxsus 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı A.Hüseynov barəsində cinayət işi başlanılıb. Onun barəsində barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ