SON DƏQİQƏ
» » Putin “vor zakon”ların işini çətinləşdirir

Putin “vor zakon”ların işini çətinləşdirir

Tarix:

1-03-2019, 10:59

/ 10 578 dəfə oxundu.
Putin “vor zakon”ların işini çətinləşdirir

Rusiya prezidenti Vladimir Putinin Dövlət Dumasına “Cinayət ierarxiyasında üst mövqe tutanlar”la bağlı cinayət kodeksinə dəyişiklik ediləcəyi ilə bağlı xəbərdən sonra hüquq-mühafizə orqanları “vor zakon”lara qarşı aktiv fəaliyyətə keçiblər. GunAz.az xəbər verir ki, bu barədə “Rosbalt” portalı vəziyyətlə tanış mənbələrinə istinadən yazıb. 

 

Məlumata görə, fevralın 21-də kriminal avtoritetlərin cinayət məsuliyyətinə cəlb edilməsinin gücləndirilməsinin nəzərdə tutulduğu qanun layihəsi ilk oxunuşdan keçib. Sənədin martda qəbul ediləcəyi ehtimal edilir. “Qanuni oğru” statusuna görə 8 ildən 15 ilə qədər, “sxodka”da iştiraka görə isə 12-20 il arası azadlıqdan məhrumetmə tətbiq edilə bilər. 

 

Mənbələr qeyd ediblər ki, bundan sonra cinayət aləminin rəhbərləri daka aktiv şəkildə izləniləcək, onların telefon söhbətləri dinləniləcək. İstənilən əmr və ya tapşırıqla bağlı məlumat qeydə alınsa, o zaman yeni qanuna görə cinayət işi açılacaq.

Tədqiqatçıların sözlərinə görə, ilk hədəflər isə cibgirlər, pəncərədən evə girən oğrular, avtomobillərdən oğurluq edənlər, məkanlara basqın edənlər və digərləri olacaq. 

 

Bu yöndə kriminal avtoritetlər Rusiyanı tərk etməli və komandalarını uzaqdan idarə etməli olacaqlar. Qanqsterlərin əksəriyyəti isə cinayətkar komandalarına Türkiyə, Azərbaycan, İtaliya və digər ölkələrdən müasir kommunikasiya vasitələri ilə rəhbərlik edirlər.

скачать dle 12.1

Şərhlər