SON DƏQİQƏ
» » ANS-in keçmiş işçisinin dəhşətli ölümü ilə bağlı ŞOK FAKTLAR - CİNAYƏT İŞİ AÇILDI

ANS-in keçmiş işçisinin dəhşətli ölümü ilə bağlı ŞOK FAKTLAR - CİNAYƏT İŞİ AÇILDI

Tarix:

28-02-2019, 17:02

/ 10 441 dəfə oxundu.
ANS-in keçmiş işçisinin dəhşətli ölümü ilə bağlı ŞOK FAKTLAR - CİNAYƏT İŞİ AÇILDI

Fevralın 22-də Bakıda itkin düşən və bu gün meyiti tapılan Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Quliyev Pərviz İlqar oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.

GunAz.az xəbər verir ki, P.Quliyevin asılı vəziyyətdə meyitinin tapılması ilə əlaqədar Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. 

 

Faktla bağlı zəruri ekspertizalar təyin edilib, müvafiq araşdırmalar aparılır. 

 

Bildirilir ki, P.Quliyevin meyiti Sumqayıtda dəniz kənarında yerləşən “Mayak” restoranının həyətindəki taxta kabinetin işində tapılıb. Qış fəsli zamanı istifadəsiz qalan taxta otağa bu gün daxil olan şəxs orada asılı vəziyyətdə qalmış meyiti görərək məlumat verib.

Qeyd edək ki, P. Quliyev sonuncu dəfə metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub. 

 

O daha əvvəl ANS telekanalında prodüser, bəzi saytlarda foto-montajçı kimi çalışıb. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ