SON DƏQİQƏ
» » Vidadi Bərdəlinin oğlu məhkəmə qarşısında - Qətldə təqsirləndirilir

Vidadi Bərdəlinin oğlu məhkəmə qarşısında - Qətldə təqsirləndirilir

Tarix:

27-02-2019, 12:03

/ 10 454 dəfə oxundu.
Vidadi Bərdəlinin oğlu məhkəmə qarşısında - Qətldə təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin məhkəməsi başlayıb. 

 

GunAz.az-ın verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

 

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses martın 6-da davam etdiriləcək.

İttihama görə, əvvəllər məhkum olunmuş T.Vəliyev və F.Ocaqquliyev 2018-ci il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovu taksi kimi fəaliyyət göstərdiyi avtomobilində bıçaqlayaraq qətlə yetiriblər. 

 

T.Vəlizadənin yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb. Qeyd edək ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə məhkum olunub. 

Vidadi Bərdəlinin oğlu məhkəmə qarşısında - Qətldə təqsirləndirilir

 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ