SON DƏQİQƏ

XİN ABŞ-da azərbaycanlıların həbsi barədə

Tarix:

7-08-2018, 12:48

/ 10 523 dəfə oxundu.
XİN ABŞ-da azərbaycanlıların həbsi barədə

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-da azərbaycanlıların həbsini şərh edib.

GunAz.az xəbər verir ki, aralarında dörd Azərbaycan vətəndaşının da olduğu cinayətkar qrup dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunub. 

Məsələ ilə bağlıdanışan Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev deyib ki, ABŞ-da dörd azərbaycanlının həbsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə heç bir rəsmi məlumat daxil olmayıb. 

Qeyd edək ki, araşdırmalarda Federal Təhqiqatlar Bürosunun, Gömrük-sərhəd xidmətinin, Nyu-York polisinin və Federal İmmiqrasiya və Gömrük İdarəsinin polis əməkdaşları iştirak edib. Saxlanılan şəxsləri dələduzluq maddəsi ilə 20, çirkli pulların yuyulması maddəsi ilə isə 30 ilə qədər həbs cəzası gözləyir. 

İstintaqdan verilən məlumata görə, qruplaşma üzvləri mövcud olmayan avtomobillərin satışı barədə yalançı reklam elanlarının yaradılmasında iştirak edib. Dələduzlar qanunsuz hərəkətləri ilə 4,5 milyon dollar qazana biliblər. Qruplaşmada Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya və ABŞ vətəndaşları da olub. 

ABŞ-dakı vəziyyət xüsusi nəzarət altındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ