SON DƏQİQƏ

Qardaşına görə bıçaqladı

Tarix:

26-12-2017, 01:00

/ 2 085 dəfə oxundu.
Qardaşına görə bıçaqladı

Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib.

Gunaz.az xəbər verir ki, 3-cü mikrorayon dairəsində 1983-cü il təvəllüdlü Rəşad Sailovun tanışı ilə mübahisəsi əlbəyaxa davaya çevrilib.

Dava zamanı Rəşad Sailovu tanışı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan Rəşad xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törətməkdə şübhəli bilinən Emin Əliyev həbs edilib.

İstintaqa ifadəsində Emin Əliyev törətdiyi cinayəti etiraf edib, bildirib ki, tanışı olan Rəşad Sailovun onun qardaşı ilə mübahisə etdiyini görüb. Onları aralamaq istəyəndə Rəşad Sailov ona bir şillə vurub.

Bundan əsəbiləşən Emin Əliyev bıçağa əl atıb, Rəşada bir neçə zərbə vurub.

Faktla bağlı cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ