SON DƏQİQƏ
» » Lənkəranda 5 nəfəri öldürən sürücüyə hökm oxundu

Lənkəranda 5 nəfəri öldürən sürücüyə hökm oxundu

Tarix:

21-11-2017, 13:54

/ 1 231 dəfə oxundu.
Lənkəranda 5 nəfəri öldürən sürücüyə hökm oxundu

5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunmuş Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Gunaz.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Eldar Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil rayonun Parakənd qəsəbə sakini Eldar Aslanovun idarə etdiyi "Mersedes" markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər.

"Mersedes"in sürücüsü Eldar Aslanov, eləcə də Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan biri - Reyhan Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü Eldar Aslanov təqsirli bilinərək həbs edilib.

скачать dle 12.1

Şərhlər