SON DƏQİQƏ
» » Moskvada silahlı insidentlə bağlı 30 nəfər saxlanılıb

Moskvada silahlı insidentlə bağlı 30 nəfər saxlanılıb

Tarix:

18-11-2017, 05:59

/ 2 496 dəfə oxundu.
Moskvada  silahlı insidentlə bağlı 30 nəfər saxlanılıb

Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin ərazisində baş verən silahlı insidentlə əlaqədar 30 nəfər saxlanılıb.

Gunaz.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə,  bu barədə “İnterfaks” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib

“Silahlı insidentlə əlaqədar 30-a yaxın şəxs saxlanılıb. Hazırda onlardan ifadələr alınır”, deyə mənbə qeyd edib. Onun sözlərinə görə, insidentin iştirakçıları və şahidlər müəyyənləşdirilir.

Ötən axşam “Moskva Siti” biznes mərkəzinin ərazisində naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında mübahisə zəminində atışma baş verib, nəticədə 6 nəfər yaralanıb.

İlkin məlumata əsasən, silahlı şəxslər biznes mərkəzinin mühafizəçilərinə atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar, üç avtomobilin axtarışda olduğu bildirilir. 

скачать dle 12.1

Şərhlər