SON DƏQİQƏ
» » Marneulidə güllələnən 4 şəxsdən birinin vəziyyəti ağırdır (YENİLƏNDİ)

Marneulidə güllələnən 4 şəxsdən birinin vəziyyəti ağırdır (YENİLƏNDİ)

Tarix:

20-10-2017, 07:59

/ 1 351 dəfə oxundu.
Marneulidə güllələnən 4 şəxsdən birinin vəziyyəti ağırdır (YENİLƏNDİ)

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində gecə saatlarında güllələnən şəxslərdən birinin vəziyyəti ağırdır.

APA-nın yerli bürosunun məlumatına əsasən, həmin şəxsin reanimobillə Tbilisi xəstəxanalarından birinə çatdırılacağı gözlənilir.

Hazırda Marneuli xəstəxanasının qarşısında çoxlu insan toplaşıb.

***

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata görə, deputatlığa namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıblar.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı məlumat verilmir.

Gürcüstan DİN faktla bağlı araşdırma aparılır.

Gunaz.az

скачать dle 12.1

Şərhlər