SON DƏQİQƏ
» » Qayın cüzi xəsarət aldı yeznə ağır yaralandı

Qayın cüzi xəsarət aldı yeznə ağır yaralandı

Tarix:

5-07-2017, 07:34

/ 4 262 dəfə oxundu.
Qayın cüzi xəsarət aldı  yeznə ağır yaralandı

 Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

GUNAZ.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Abdullayev Əsəd Ayaz oğlu Sarayevo küçəsi, 13 ünvanında yerləşən binanın girişində keçmiş qaynı tərəfidən bıçaqlanıb.
Bir neçə bıçaq xəsarəti alan şəxs çoxlu qan itirərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə gecə saatlarında baş verib. Ə.Abdullayev keçmiş həyat yoldaşının yaşadığı sözügedən ünvana gələrək övladlarını görmək istədiyini bildirib. Lakin onu mənzilin qapısında qaynı qarşılayıb və içəri buraxmayıb. Tərəflər arasında mübahisə düşüb. Bu zaman hər iki tərəf bıçaqdan istifadə edib. Nəticədə qayın cüzi xəsarət alsa da, yeznə ağır yaralanıb. Hadisə yerinə "təcili yardım" maşını çağırılmadığı üçün o, xeyli müddət binanın girişində köməksiz vəziyyətdə qalıb.(Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ