SON DƏQİQƏ
» » Cinayətkar qruplaşmalar arasında toquuşma: 24 ölü

Cinayətkar qruplaşmalar arasında toquuşma: 24 ölü

Tarix:

1-07-2017, 08:35

/ 4 360 dəfə oxundu.
Cinayətkar qruplaşmalar arasında toquuşma: 24 ölü

Meksikanın Syudad-Huares şəhərində cinayətkar qruplaşmalar arasında toqquşma baş verib.

GUNAZ.az-ın verdiyi məlumata görə, toqquşma nəticəsində azı 24 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Məlumata əsasən, ayın əvvəlindən Syudad-Huares şəhərində 71 nəfər öldürülüb. Bunun səbəbi isə "Huares" və "Sinaloa" cinayətkar qruplaşmalar arasında baş verən toqquşmalardır.
Qeyd edək ki, Meksikanın Çiuaua ştatında ABŞ-a narkotik vasitələrin tədarükünə nəzarət uğrunda mübarizə aparan bir neçə qruplaşma var. Bir neçə il əvvəl, Çiuaua ştatında yerləşən Syudad-Huares şəhəri dünyanın ən kriminal şəhəri seçilib. 1 il ərzində bu şəhərdə 3,1 min qətl hadisəsi baş verib.(Trend)

скачать dle 12.1

Şərhlər