SON DƏQİQƏ

Yaşamaq ANLAMI

Tarix:18-05-2020, 14:09 Oxunub:2 568

 Arzu Əliyeva

İnsan Tanrı tərəfindən yaradılan yeganə şürlu varlıqdır .Bu varlıq həyatın keşməkeşli və çətin yollarından keçərək ömür boyu bir məsafə qət edir. İnsana bu yolda vacib olan , onu həyata bağlayan şey isə insanın xəyalları və ümidləridir.

Yaşadığımız həyat isə insan üçün bir mübarizə meydanıdır.İnsanın bu mübarizə meydanında qalib olması özündən aslıdır.Rəqibinin güclü olub, olmamasının bir önəmi yoxdur.Əsas önəmli olan insan iradəsinin güclü olmasıdır.Əslində insan iradəsi hər şeyə qadirdir. Bəzən iradəsi zəif olan insanlar, heç vaxt uğur qazanmayacaqlarını ,daima uduzacaqlarını düşünürlər.Lakin əslində bu heçdə belə deyil.İradəmiz nə qədər dözümlü və düşüncələrimiz nə qədər sağlam olarsa , yaşayacağımız ömürdə o ,qədər sağlam olar.Hər hansı bir problemdə ümüdsizliyə qapılmağa ehtiyac yoxdur.Problemlərlə üzləşdikdə özümüzə inanmalı ,güvənməli və problemlərdən qaçmaq əvəzinə ,onun üstünə gedərək həll yollarını tapmaq lazımdır.Qısası insana ömür bir dəfə verilir odur ki , onu sağlam düşüncə və sağlam bədənlə yaşamaq üçün, cəmiyyətə faydalı olmaq üçün öz üzərimizdə daima işləməliyik.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<