SON DƏQİQƏ

Ümumi evimizi qoruyaq!

Tarix:

1-05-2020, 17:13

/ 1 569 dəfə oxundu.
Ümumi evimizi qoruyaq!

Fikirləşirəm ki korono virusundan dövlətlər və cəmiyyət çox ziyan çəksələr də , atalar demişkən, o tənəzzüldən qorxma ki, orda tərəqqi var, məsəli yadıma düşür .
Tarixdən də məlumdur ki,  ilk bəşər övladı yaradılandan bu günə qədər müxtəlif xəstəliklər də yaranıb. Ta qədim zamanlardan təbiblər ,bilicilər xəstəliklərin qarşısını təbii üsullarla almağa çalışıblar.Vəba, cüzum xəstəliklərindən vaxtilə insanlar çox acılar, məhrumiyyətlər  çəkmiş, müxtəlif dövrlərdə  kütləvi ölüm halları  başvermişdir
 Hətta həkimlər də bu cür bəlaların qarşısında aciz qalmışlar.
Bəzən də insanlar  buna görə Yaradanı günahlandırıblar. Sonralardan məlum olub ki,   insanların vəhşiliyindən, bilməməzliyindən, tamahından , xislətindən xəstəliklər törənir və yayılır.
Müqəddəs kitabımız olan Qurani Kərim nazil olunduqdan sonra inamlı insanlar namaz qılmış,   bədənlərini, qəlblərini pak saxlamış, müəyyən hərəkətlərlə və Allahın buyurduğu nemətlərlə  qidalanmaqla sağ qalmaga məcbur olmuşlar .
Elm və texnika inkişaf etdikcə, milli adət ənənələr, milli dəyərlər  məhf olmaq təhlukəsi ilə üzləşmisdir.
 İnternetin, müasir texnologiyanın inkişafı bəşəriyyətə xeyir versə də,  bəzən  insanlarda müxtəlif xəstəliklər də törədir. Bu gün işlətdiyimiz əl telefonlarından , evdə televiziyadan , yolda və işdə nəqliyyat , əmək haqqı və pensiya  kartlarından , komputerlərdən istifadə etməklə bədənimiz nə qədər  əsəb və psixoloji gərginliklər yaşayır?  Tibbdə istifadə olunan müasir tipli  aparat və cihazları da nəzərə alsaq insanlar  görün nə qədər şualanırlar? İnsanların kosmosa can atmaları məni çox dusündürür. Yerdə yaşamaq  məgər azlıqmı edir ? 
 Ğöydə , kainatda ,  əlçatmaz yerlərdə yaşayış axtarmaq , kosmik gəmilərin, təyyarələrin səmanı tüstüsüylə  zəhərləməsi , kainatı və insanları  məhfə aparmırmı? 
7 milyarddan bir qədər çox əhalisi olan dünyamızda yaşamaq məgər azlıqmı  edir?  
Axı dünya əhalisinin  yarısından çoxu bu qədər yeralti və yerustü məhsulların bollugunda niyə ac - susuz qalmalıdır? 
Dünya alimləri hesablayıblar ki Allahın bizə bəxş etdiyi nemətlər əgər  bəsəriyyət arasında ədalərlə, bərabər bölünərsə, dunya əhalisinin sayı 60 milyard olsa  da belə , bu qədər insanları normal səviyyədə dolandırmaq olar,   hər kəs rahat yaşaya  bilərlər
Bəs bu qədər ölüm saçan silahları , müharibələri törədənlər də insanlar deyilmi?  
Güya ki əhalinin artımının qarşısını almaq ,  ərzaq qıtlıgını  aradan qaldırmaq ücün  bəsəriyyəti müharibələrə sürükləyənlər   bağışlanmaz gunah islədərək Allaha, kainata yaradılışa qarşı çıxmırlarmı? 
Firon dünyanı zəbt etmək istəyərkən dəryalara qərq olmadımi? 
Çingiz xanın, Napaleonun ,Hitlerin sərsəm ərazi iddiaları hansı sonluqla qurtardı? Diktatorların axırı necə  də acınacaqlı oldugunu hegomonluq  edən  dovlət  rəhbərləri duşünmürlərmi? 
İnsanları ac saxlamaqla özlərinə tabe etdirməyə çalışan masson quvvələr şeytani yol tutmayıblarmı? 
Var - dövlət hərisləri dünyanı  tərk edərkən özləriylə nəsə apara bilirlərmi?  
Məgər səmavi kitablar insanlara bir sınaq və duz yol  deyilmi?
Günü- gündən çoxalan xəstəliklər nədən törəyir? 
Alimlər öz bilik və bacarıqlarını, elmi kəşflərini  səmərəli işlərə sərf etməli olduqları halda ,  komputer arxasında oturub viruslar yaymaq, bakterioloji silahlar istehsal etməklə nə qədər günah islər törədirlər? 
Qurani Kərimdə Allahın halal  buyurduğu nemətlər insana azlıqmı edir ?
 Çəyirtkə, yarasa, ilan, qurbağa, soxulcan , donuz və digər zərərli heyvan və quşların,həsəratların ətini yeyən insan məhz xəstəlik törədicisi deyilmi? 
Heyvanlar,  həşəratlar,  quşlar təbiətin sanitarıdırlar. Dörd ayaqlı  it torpağa nəcis salanda ayaqları ilə o nəcisin üzərini örtur ki,  infeksiya təbiətə yayılmasın. İnsan isə zərərli qida və içkiləri mədəsinə dolduraraq  bosaltdıgı artığını və ya qusdugu yeri  çox vaxt təmizləmir, hətta üzərini də örtmur. Onda belə bir sual ortaya çıxır. İnsan Allahın buyurduğu əmələ daha ćox  riayyət edir, yoxsa heyvan? 
Meşədə bir xəstə heyvan öləndə  meşənin sanitarları onu zərərsizləsdirir, cəsədini qurd,  quslar yeyir, yerdə qalan hissələrini qarışqalar  təmizləyirlər. Burda bir hikmət oldugunu insan niyə dərk etmir.
Bəşər övladı gücünü , elmini ölum sacan silahlarla ,  geni dəyisdirilmiş məhsullar istehsal etməklə insan artımının  qarşısını almaga çalısır? 
Axi dunyada nə qədər insan doğulursa, gün ərzində  bir o qədər insan da oz əcəli ilə  dunyasını dəyişir. 
Bəs müharibələrdə həlak olan gənclərin,  dərd qəm  , iztirab çəkən anaların,  saxta dərmanlardan, həkimlərimizin naşılıgından,   geni dəyisdirilmiş məhsuları istehsal edənlərin, narkotik maddələri , siqareti,  zərərli içkiləri  istehsal edənlərin, satışını təşkil edənlərin, avtomobili sürətlə idarə edən sürüçülərin 
ucbatından dünyasını dəyişən insanların ölumünü niyə uca Yaradana bağlayıb günaha batırıq ? 
Axi insanlar bir- birinə mərhəmətlə, sevgi ilə  yanaşsalar,  bəsəriyyət də insanların üzunə gülməzmi? 
Onda Allah da öz lütfunu insanlardan əskik etməz , ruzi-  bərəkət bollugunda heç kəs məhrumiyyətlərə dücar olunmaz. 
Apteklərdə satılan saxta dərmanlar hesabına harınlamış insanların güvəndikləri insanların da əvvəl axır  yeri qara torpaqdır. Torpaq istə bir- birini  qıran, məhf edən  acğözlər  xeyir tapırlarmı?
İki aydan çoxdur ki insanlar korono virusundan əziyyət çəkirlər . Dünya həkimləri də bu bəlanın qarşısında aciz qalaraq  əziyyət çəkirlər. Əgər bu bəlanı insan torədib yayıbsa,  əlbətdə ki , Allah tərəfindən lənətlənəcəklər.
 Bu xəstəlikdən və ya psixoloji gərginlik keçirdən və bu aylarda dunyasını dəyişən insanlara Allahdan rəhmət diləyirəm.
 Evdə qalmaqla insanlar təhlükədən sovusurlar,
Məscidi Allahıb,  Quranı tanımayanlar da  səcdəyə gəlirlər. Bir vaxtlar Azan səsini qadagan edən dövlətlərin kilsələrindən indi Allahu Əkbər sədaları esidilir.
 İnsanlar gigenik qaydalara riayət edirlər, Hansı ki müqəddəs kitablarımızda əsrlərlə əvvəl bu haqda yazılıbdır.
 Torpağa hər il eyni məhsul əkəndə torpaq da yorulur .
Cox vaxt mütəxəssislər torpağı dincə qoyurlar. Fasiləsiz yemək insanı xəstələndirdiyi halda müqəddəs Ramazan ayında oruc tutmağın piylənmiş  insan bədəninə xeyirli olmağını həkimlərimiz də pəhriz saxlamaqda görürlər .
İldi küçələr yuyulur,dizinfeksiya olunur .
 Gəmilər suları bulandırmır, təyyarələr səmanı çirkləndirmır.
 Bu iki ayda  kainatımız  da təmizlənibdir, Korladılmış, çirkləndirilmiş  ekologiyamız da təmizlənərək  bərpa olunur. Çaylarda balıqlar da  sərbəst nəfəs alıb ,artır. Müharibələr dayandırılıb.
Hər kəs öz canı hayında olduğu halda ,   mənfur qonşumuz olan ermənilər isə yenə də torpaq qamarlamaq, hərislik və işğalçılıq hərəkətlərindən əl çəkmir, əksinə zəbt etdikləri torpaqlarımızı tərk etmək fikirləri də yoxdur.
Donuzu darıdan necə çıxartmaq olar? Ancaq bizdəməklə .
 Dinsiz, imansız, qansız ermənilər  Allahın qəzabından da qorxmurlar.  Çunki öz torpağımızda yer verdiyimiz ermənilər milli satqınlarımızın köməyi ilə  ərazilərimizi isğalda saxlayaraq  hər gün günahsız insanları qətlə yetirir , alçaq, təcavüzkar simalarını göstərirlər. Dünya xalqları isə bu ədalətsizliyə dözürlər.
Korono virusu insanları düşündürməyə, haqsız islərdən uzaq olmağa səsləyir .
Məhz  həkimlərin məsləhətiylə  evdə qalaraq gigenik qaydalara riayət etməklə, ara məsafə saxlamalı və o halda insanlar təhlükədən uzaqlaşa bilərlər. Bir vaxtlar insanlar qrip oldu , olmadı görüşərkən öpuşmək vərdişlərini də  indi  tərgitməyə məcbur olurlar .
 Metroların  avtomobillərin , hava və su nəqliyyatının işləməməsi ekoloji çəhətdən təbiətimizi də paklaşdırdı.
Bu sınaqdan alnı açıq çıxmaq ücün insanlarda mərhəmət hissi çoxalmalıdır. 
Qonşusu aç yatan insan özünü necə varlı ,xosbəxt saya bilər ? 
Virus  təhlukəsi imanlı  insanlarda paylaşmaq mədəniyyətini  bir daha üzə çıxartdı. Amma yenə də insanlar tam ayılmadılar. Görünür ki , Qiyamətin yaxınlaşmasını uca Yaradanım  dolayı yolla insanlara başa salsa da kafirlər möminləri üstələyibdir .
Dünyanı ançaq sülh qoruya bilər .
Dünya bəsəriyyətin ümumi evidir.
 Bu evi qorumaq, təmiz, pak  saxlamaq hər bir insan övladının borcudur . 
Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ