SON DƏQİQƏ

Dollar bu gün neçəyədir?

İqtisadiyyat / Manşet

O "pis qoxu" dediyin potensial şəhid qoxusudur

Tarix:27-05-2019, 08:17

Taleh Mansur
"28 May" metro stansiyasında qatara 15-20 əsgər mindi. Çiyinlərindəki yük çantalarından bilinirdi ki, ya hərbi təlimə, ya da harasa toplanışa gedirlər.

 Cəld qalxıb əsgərlərdən birinə yer verdim. Əvvəl əsgər oturmaq istəmədi. Görünür, özündən 13-14 yaş böyük birinin yerində əyləşməyi özünə sığışdırmırdı. Təkid elədim, məcbur qalıb əyləşdi. Nə oldu bundan sonra baş verdi. Başqa sərnişinlər də-qocalı-cavanlı-qalxıb o biri əsgərlərə yer verdilər. Gözlərim doldu, tər qoxan vaqon vətən qoxmağa başladı. Əsgərlərə yer verən adamları bir-bir bağrıma basmaq istədim. Qorxdum ki, bir az da belə davam eləsə, fərəhdən günəş kimi parlayan ürəyim qaranlıq metro tunellərinə sığmasın. O anı təsvir edəcək qədər vətənpərvər ürəyə sahib olmadığıma görə bu yalan-palanı daha çox uzatmaq istəmirəm. Qaranlıq metro tunelindən çıxıb, həqiqəti işıqlandırmaq istəyirəm. Bəli, bəli, az öncə düz eşitdiniz, yalan-palanı! Siz Allah, inandınızmı danışdıqlarıma? Bir Allah şahiddir, mən o gənc əsgərə yer verəndən sonra üz-gözündən fərarilik yağan gədələr necə tənəli nəzərlərlə süzürdülər məni. Bir Allah şahiddir, ətəyi dilindən gödək, sadəcə cinsi qadın (xanım demiram ha) olan bəzi əyrimçə qızlar əsgərlərə baxıb necə ağız büzürdülər. Hələ əyrimçələrdən biri yanındakı başqa bir əyrimçənin qulağına pıçıltı ilə: "Bunlardan da həmişə elə pis qoxu gəlir ki..."- də dedi arada. Qan beynimə vurdu. Az qaldım, həmin əyrimçənin başını vaqonun dəmir tutacaqlarına döyüm ki, o "pis qoxu dediyin" VƏTƏN QOXU`sudur, o "pis qoxu" dediyin potensial şəhid qoxusudur. O "pis qoxu" dediyin qanmayacaqsan deyə demək istəmədiklərimdi. Amma etmədim, çünki hər şeyə ramən, onu deyən bir bətnə sahib biriydi və o bətnin dünyaya nə vaxtsa bir əsgər gətirmə kimi ehtimalı var...

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<