SON DƏQİQƏ

Kələkbaz goycə satan

Tarix:

14-05-2019, 09:45

/ 525 dəfə oxundu.
Kələkbaz goycə satan

Rauf İlyasoglu

Elmlər Akademiyası metrosunun yaxınlığında , çiyələk tamı verməyən çiyələk, Naxçıvan göycəsi adı altında turş alça satırlar .

Satıçı bir cavan yeniyetmədir, dədəsinin canına and içir ki, Naxçıvan göycəsidir. Alçanın birinin tamına baxdım. İnsafən pis deyildi. Satıcı mənə tərs- tərs baxdı, məcbur oldum bir kiloqram göycədən aldım, Evə gətirdim. Alça o qədər turş idi ki, axzımızı büzüşdürürdü. Turş alcanı sən demə satıcı alıçılara peyvənd adı ilə sırıyırmış . Elə oldu ki, axşam tərəfi Elmlər Akademiyası metrosu tərəfə qayıdası oldum . Kələkbaz satıçı alçanı satıb qurtarmaq üzrə idi . İradlarımı bildirib şəklini sosial şəbəkədə yayaçagımı bildirəndə ,satıcı dedi : Alanda özləri qarışdırırlar . Biz də satırıq. Nə bilək? 
Bəs niyə seçməyə qoymursan? Sualımdan gədə pörtdü. 
Qadan alım, gətir alçanı pulunu qaytarım? Mənimlə işin olmasın. Onsuzda "uçaskovu"nun haqqını ancaq düzəltmişəm. 
Öz- özümə fikirləşirəm ki, işsiz insanlar məcburi əməyə çəlb olunsaydılar, onda küçə alveri də yıgışdırılardı . 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ