SON DƏQİQƏ

Akademikin minnəti

Tarix:

7-05-2019, 15:24

/ 922 dəfə oxundu.
Akademikin minnəti

Idris Abbasov

Akademik, sənin millət balalarına minnət qoymağa heç bir haqqın yoxdur. Elə qabiliyyətli kişisənsə, çıx vəzifədən və et hörmətini, biz də görək! Sən bütün parametrləri üzrə faydasızsan. Səni məzəmmətə mindirən yeganə amil dövlətin hesabına oturduğun vəzifə kürsüsüdür. Ondan da sui- istifadə etmisən ömür boyu. Özünə, əhli- əyalına “gün ağlamaqla” məşğul olmusan. Vicdanını itirimiş harına çevrilmisən. Yüz gün də “dövlət”, “Vətən” qışqırsan, heç kəs sənə inanmayacaq. Çünki sənin üçün bu məfhumlar sərvət, eyş-işrət, tərki-millət deməkdir. 
Təsəvvür edin ki, elm müəssisəsində işə düzələn vətəndaş dövlətinə yox, kürsü zəbt etmiş akademikə minnətdar olur və ona sədaqət andı içir. Bu, istənilən cəmiyyətin fəlakətidir. Vəzifə tutub dövlətin resurslarından sırf şəxsi və dəstə marağı üçün sui- istifadə etmək! Bəlkə də cənabi-ali akademik vurduğu zərərin fərqində deyil. Soruşmaq ayıb olmasın, bəyəm, akademik titulu adama toxunulmazlıq qazandırır? 
XXI əsrdə belə akademik tiplərə meydan verməklə gələcəyimizi sual altına qoyuruq. Bəlkə akademik, həya nədir bilmir? Onda nə edək? Göz yumaqmı? “Üz üzdən utanır”, “yaxşı çıxmaz, akademik adamdır”, “mənə yaxşılığı dəyib”və s. deyib sükutla keçməliyikmi? Bəs ümummilli maraqlar? Axı ümummilli maraqların öndə olmadığı cəmiyyətlər məhvə məhkumdur və həmin cəmiyyətlərdə fərdi xoşbəxtliyə can atmaq ümumi bədbəxtliklə nəticələnir. Bu gerçəyi akademikə dönə-dönə başa salmaq lazım deyilmi?...

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ