SON DƏQİQƏ

DÜŞMƏNİMİZ KİMDİR? – CAVİD İSMAYIL YAZIR

Tarix:

6-05-2019, 15:58

/ 470 dəfə oxundu.
DÜŞMƏNİMİZ KİMDİR? – CAVİD İSMAYIL YAZIR

Cavid İsmayıl, 

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır” – Ümummilli lider Heydər Əliyev.

Mətləbə keçməzdən öncə son 200 ildən bir az yuxarı olan tariximizi qısa xatırlayaq.

1813-cü ildə Qacar dövlətinin Güney Qafqazdan Rusiya imperiyasının xeyrinə əl çəkməsi Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Arazın şimalındakı bütün Azərbaycan xanlıqlarının Rusiyanın müstəmləkəçiliyinə keçməsinə səbəb oldu. Daha sonra 1828-ci ildə, ikinci Rusiya-Qacar  müharibəsindən sonra adı sülh müqaviləsi olsa da, qədim tarixə, zəngin keçmişə malik olan bir xalqı yenidən parçaladılar. Bu dəfə balaca bir Türkmənçay kəndində minillik çinara növbəti balta vurularaq Naxçıvan və İrəvan xanlıqlarını da Rusiya ilhaq elədi.

1813-cü ildən Rusiya imperiyası dövlət kimi forma və məzmununu  dəyişsə də, çox əsrlik rus diplomatiyası biz türklərə qarşı amansızlığından, düşmənçiliyindən əl çəkmədi.

Rusiya ilhaq etdiyi dədə Türk torpağı olan Azərbaycanı param – parça etdikdən sonra bu ərazilərdə demoqrafik dəyişikliklər etməyə başladı. Kütləvi olaraq ermənilərin bu ərazilərə gətirib yerlədirilməsi hər birimizə məlumdur.

1840-ci il Rusiya imperiyasında ərazi idarəetmə sistemində apardığı islahatlara uyğun olaraq, yeni idarəetmə sistemi olan Komendat İdarəetmə Sisteminin yaradılması ilə, tarixi Azərbaycan torpağı olan Dərbəndin, Altıparın, Axtı, Doqquzparın, Qaytaq və digər ətraf əraziləri Dağıstan vilayətinə birləşdirilməsini təmin etdi.

Daha sonralar İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Ağdabanı – əfsuslar olsun ki, və sairə…

Ötən əsrin 90-larının sonunda qədim türk torpaqları olan İrəvandan bütün azərbaycanlıları öz dogma yurdlarından deportasiya etdilər. Və təbii ki, gözünü qan tutmuş düşmən və çox əsrlik tarixə malik olan məkrli rus siyasəti bununla kifayətlənmədi və bu gün 20 faizdən artıq torpaqlarımız məkrli rus imperiya siyasətinə “sadiq” olan, bu gün də böyük xoşbəxliklə özlərini Rusiyanın forpostu sayan, səllim itlər olan ermənilərin işğalındadır.

Lakin məni narahat edən bir məsələ var. Doğrudan da bütün dünyaya bəllidir ki, ermənilərin arxasında həm də Rusiya var. Və onların torpaqlarımızın işğalında birbaşa olaraq iştirakı hər birimizə bəllidir. Bu gün, Xocalı soyqırımından danışanda da qeyd edirik ki, SSRİnin 366-cı alayı da bu qətliamda iştirak edib. Doğrudur Rusiya imperiyası “formaca” SSRİ adlandı, lakin imperiya baxışları və biz türklərə qarşı məkrləri dəyişmədi. Əksinə daha qəddar və amansız oldular.

Şanlı ordumuzun aprel döyüşləri zamanı da Azərbaycana təziq edərək döyüşləri dayandıran da, elə həmin SSRİnin formaca dəyişdiyi, lakin yenə də həmin xislətə xidmət edən Rusiya oldu. Bəli, Rusiya dünyada əvvəlki kimi supergüc olmasa da, regionda söz sahibidir, güclü və təhlükəlidir. Bütün dünyanın gözü önündə Gürcüstanın ərazilərinə əl qoydu, Krımı ilhaq elədi, Ukraynanın digər ərazilərinə silah-sursat əsgər, yeritdi və yenə qan tökdü. Rusiya imperiyasının məkrli xisləti bu dəfə öz qardaşlarının-slavyan qanını axıtdığını bütün dünyaya sərgilədi.

Məni düşündürən odur ki, son 200 ildən bir az çox olan dövrdə Rusiya güclü olub. Bizlər isə itirə-itirə getmişik. Elə bilin ki, tarix boyu, Vətənə ana deyib onu qorumaq üçün 7-dən 70-ə səfərbər olub ayağa qalxan millət deyilik.

Əfəndilər! Bəs siz nə düşünürsünüz! Şəhidlərimizin qisasını almaq, təcavüz edilmiş qız-gəlinlərimizin namusunu təmizləmək naminə milli mənəvi dəyərlərimizə sahib çıxmaq, ANA dediyimiz Vətən uğrunda Ali Baş Komandanın əmri ilə müqəddəs savaşa qalxmalıyıq?!

Allah qisas günümüzü yaxın etsin!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ